“Unibank KB” ASC-nin İcraedici komitəsinin yeni üç üzvü seçilib.
Banker.az-ın məlumatına görə, bunlar Əfqan Baxışov, Fuad Məmmədli və Səttar Kazımovdur.
Bununla da bu komitənin üzvlərinin sayı 10-a yüksəlib.
Qeyd edək ki, bu komitəyə “Unibank”ın İdarə Heyətinin I müavini İqor Okayev sədrlik edir.
Bundan əlavə bankın strukturunda Kredit komitəsi, Kiçik kredit komitəsi və Risklərin idarə edilməsi komitəsi fəaliyyət göstərir.