11 C
Baku
Monday, November 18, 2024

“Unibank”ın kredit portfeli böyüyüb, mənfəətdədir

“Unibank” 2020-ci ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank 2020-ci ilin 3-cü rübünü 11 milyon 248 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 21 milyon 376 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

FAİZ GƏLİRLƏRİ ARTIB, FAİZ XƏRCLƏRİ AZALIB

2020-ci ilin 9 ayında “Unibank”ın faiz gəlirləri 64 milyon 195 min manat (6.3% çox), qeyri-faiz gəlirləri 20 milyon 796 min manat (3 dəfə azalma), faiz xərcləri 20 milyon 578 min manat (19% az), qeyri-faiz xərcləri 51 milyon 279 min (16.5% çox) manat olub.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

30 Sentyabr 2020-ci il tarixində “Unibank”  752 milyon 815 min manat aktivlərə malik olub. Bunun 556 milyon 671 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 9 ayda 10% artıb. “Unibank”ın biznes kreditləri portfeli 27 milyon 36 min manat artaraq 196 milyon 188  min manata, istehlak kreditləri 9 milyon 745 min manat artaraq 300 milyon 117 min manat, daşınmaz əmlak kreditləri isə 12 milyon 419 min manat artaraq 60 milyon 366 min manata çatıb.

Bu ilin 9 ayı ərzində bankın cəmi öhdəlikləri 656 milyon 205 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 40 milyon 781 min manat və yaxud 6% azalmadır. Bankın depozit portfeli isə 474 milyon 119 min manat təşkil edib ki, bunun 376 milyon manat 855 min manatı fiziki şəxslərin depozitləri, 97 milyon 264 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

KAPİTALI ARTIB

30 Sentyabr 2020-ci il tarixində “Unibank” 96 milyon 610 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 90 milyon 213 min manat kapitala malik idi. Beləliklə, “Unibank”ın kapitalı 7% artıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,7 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər