Öz müştəriləri üçün xidmət imkanlarını günü-gündən yaxşılaşdıran Unibank-dan Mingəçevir və ətraf rayonların əhalisinə xoş xəbər var. Bankın Mingəçevir filialı yenilənib. Artıq yeni ünvanda və daha geniş ofisdə Heydər Əliyev prospekti, 36 saylı binanın qarşısında yerləşən filial ( 2 saylı Notariat Kontoruna yaxın) müştərilərinə bütün bank xidmətlərini göstərəcək.
“Mingəçevir” filialı yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərməkdə davam edəcək. Filial fərdi şəxslərlə yanaşı, kiçik və orta biznes sahiblərinə də xidmət edir.Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər. Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs Unibank-ın “Mingəçevir” filialına müraciət edə bilər.
Hazırda baş ofis də daxil olmaqla, Unibank 40 filialı ilə müştərilərin xidmətindədir. İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 24, bölgələrdə isə 16 filialı var.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.