15 C
Baku
Monday, May 6, 2024

“Unibank”ın nizamnamə kapitalı artırıldı

Azərbaycan kommersiya banklarından biri olan “Unibank KB” ASC-nin nizamnamə kapitalı artılıb.

Banker.azın əldə etdiyi məlumata görə, bu Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan – 27 mart 2018-ci il tarixində təsdiq olunmuş sənəddə deyilir.

Məlumata görə, bankın nizamnamə kapitalı 6 mln. artırlaraq 125 686 355,68 manat həcmində müəyyən olunub.

Qeyd edək ki, “Unibank” ASC-nin nizamnamə kapitalındakı paya rezidentlərdən 41,9091% Qəribov Eldar Mahmud oğlu və 3,8299% digər şəxslər, Qeyri-rezidentlərdən isə 2,1858% fiziki şəxs, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)- 18,4865%, Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti 25,9883% və 7,6004% isə digər hüquqi şəxslər nəzarət edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər