3 C
Baku
Saturday, December 14, 2024

“Unibank”ın nizamnaməsinə dəyişiklik edilməsi gözlənilir

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti Səhmdarların ümumi yığıncağının çağırılması barədə məlumat yayıb. Belə ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 22 fevral 2018-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində keçiriləcəkdir.

Banker.az xəbər verir ki, bubbarədə Bankın İdarə Heyəti məlumat yayır.

Məlumata görə, yığıncaqda  “Unibank” ASC-nin Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında; Əliyev Xaləddin Cəlal oğlunun “Unibank”ın kənar auditoru təyin edilməsi haqqında (2017-ci il üzrə Bankın auditinin keçirilməsi məqsədilə); xüsusi əhəmiyyətli əqdlər ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, İşlər İdarəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər