11 C
Baku
Friday, October 25, 2024

“Unibank”ın rəhbərliyində dəyişiklər davam edir

“Unibank KB” ASC-nin İdarə Heyətindəki dəyişiklər davam edir.

Banker.az-ın əldə etdiyi məlumata görə, bankın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.

Bu təyinatadək isə o, bankda Risklər üzrə Baş Direktor vəzifəsində çalışıb. Tural Həsənov 2016-cı ildən Unibank komandasının üzvüdür. “Unibank”dan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb.

O, ODTÜ-də “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsilini şərəf diplomu ilə bitirib. Sonra isə Birləşmiş Krallığın “Exeter” Universitetində “Maliyyə və İdarəetmə” üzrə magistr dərəcəsi alıb.

Xatırladaq ki, “Unibank” ASC-nin ötən il maliyyə vəziyyətinin pisləşməsindən sonra İdarə Heyətinin sədri olan Faiq Hüseynov vəzifəsindən azad edilib, Müşahidə Şurasına üzv kimi seçilmişdi. Onu bu vəzifədə onun birinci müavini Fərdi Abuşov əvəzləmişdi.

Bankın komitələrində də dəyişiklər baş verdi və hətta bankı tərk edənlər də olib. Onlardan biri Fərid Məmmədzadə, hansı ki, 6 il idi “Unibank” ASC-nin baş texnologiya inzibatçısı kimi çalışırdı.

İndiyə qədər bankın İnformasiya Texnologiyaları üzrə Komitəsindən üzv kimi adları yer alan Samir Mustafayev, Fərid Məmmədzadə, Oleq Kuçerov və Yalçın Tarverdiyevin siyahıda yer almayıblar.

Bankın 1 yanvar 2023-cü il tarixinə balansında 35 milyon manat üzərində illərin yığılmış zərəri var. Zərərə səbəb isə əsasən xərclərin artması və problemli kreditlər üzrə ayırmalardır.

Son xəbərlər
Digər xəbərlər