18 iyun 2020-ci il tarixində “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti Səhmdarlarının İllik Ümumi Yığıncağı keçiriləcək. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. “Unibank”Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2019-cu maliyyə ilinin nəticələri barədə və maliyyə hesabatlarının təsdiqi.
2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2019-cu il üzrə İllik hesabatının təsdiqi.
3. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi.
4. Kənar auditorun təyin edilməsi barədə.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.