1 C
Baku
Saturday, December 14, 2024

“Unibank”ın səhmdarlarına növbədənkənar yığıncaq elan edib

“Unibank KB” ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə məlumat İdarə Heyətinin açıqlamasında qeyd edilir.

Qeyd edilir ki, növbədənkənar yığıncaq 06 may 2024-cü il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.

Yığıncaqda kapitallaşma ilə əlaqəli məsələlər müzakirə ediləcək.

“Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər”, – deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, “Unibank KB” hazırda 138.2 mln. manat nizamnamə kapitalına sahibdir.

Bu gün həmçinin onun törəmə şirkəti “Unicapital İnvestisiya Şirkəti” ASC də elan verib ki, 2023-cü il üzrə illik hesabatı, 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları müzakirə ediləcək. “Unicapital”ın yığıncağı isə 24 may 2024-cü il tarixində baş tutacaq.

Son xəbərlər
Digər xəbərlər