“Unibank” ASC-nin nizamnamə kapitalının 21 mln. manat artırılmasından sonra Bankın səhmdarlarının pay bölgüsündə dəyişikliklər olacağı gözlənilir. Dəqiq bölgünü yaxın vaxtlarda biləcəyik”.
Bunu mənbəyə açıqlamasında “Unibank”ın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov deyib.
O, bundan əvvəlki, təxminən, 49 mln. manatlıq kapital artımının yekununda olduğu kimi bu dəfə də xarici səhmdarların payının 50%-dən çox olmayacağını deyib: “İnanmıram ki, bu, baş versin. Hazırda yerli səhmdarların payı 50%-dən yuxarıdır. Yeni 21 mln. manatlıq kapital qoyuluşu reallaşdıqdan sonra da üstünlük yerli səhmdarlarda olacaq”.
İH-nın sədri həmçinin bildirib ki, “Unibank”a yeni səhmdarların cəlb edilməsi ilə bağlı məhdudiyyət yoxdur: Bununla belə, onun sözlərinə görə, Bankın kapitalının artırılmasında yeni səhmdarlar iştirak etmir: “Kapital artımı məhz mövcud olan səhmdarların hesabına mümkün olub”.