15 C
Baku
Friday, April 26, 2024

“Unibank”ın səhmlərinin 1.2%-i “əl dəyişdirib”

Mayın 19-da “Bakı Fond Birjası” QSC-də “Unibank” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.

Əqd Bankın 2.72 manat nominal dəyərə malik 562,5 min səhminin (1.53 milyon manatlıq) realizə edilməsini nəzərdə tutur.

Bu isə kredit təşkilatının dövriyyədə olan səhmlərinin 1.2%-i deməkdir.

Məsələ ilə bağlı “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, alqı-satqı Bankın mövcud kiçik səhmdarları arasında olub, yəni kredit təşkilatına yeni səhmdar gəlməyib.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125.686 milyon manatdır. Bankın səhmlərinin 86.4 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13.6 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər