“Unibank”ın sabiq departament direktoru “VTB (Azərbaycan)”ın rəhbərliyinə gətirilib

“Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasının qərarı ilə Okayev İqor Anatolyeviç İdarə Heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, İ. Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakultəsinin bakalavriat və maqistraturasını bitirib. Bank sahəsində 2003-cü ildən çalışır. Son bir neçə ili İ. Okayev “Unibank”ın korporativ müştərilərlə iş üzrə departamentinə rəhbərlik edib, eləcə də kredit komitəsinin sədri və icra komitəsinin üzvü olub.

Son xəbərlər
Digər xəbərlər