Üç ilə yaxındır “Unibank KB”nin İdarə Heyətindən ayrılan Vəfa Kələntərovaya dövlət şirkətində vəzifə verilib.
Banker.az xəbər verir ki, o, regionları telekommunikasiya ilə təmin edən “Aztelekom” MMC-nin baş direktorunun müşaviri təyin edilib.
V.Kələntərova karyerasının son 14 ilini “Unibank”da keçirib. Baş maliyyə inzibatçısı, sədrin müşaviri və İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. 2020-ci ilin sentyabrında isə “Unibank”ı tərk edib.
Bundan öncə isə “Kapital Bank”, “Para Bank”, “Rabitəbank” və “AXA MBASK” Sığorta Şirkətində baş mühasib və maliyyə üzrə departament rəhbəri vəzifələrində çalışıb.