31 dekabr 2023-cü il tarixinə “Unibank KB” ASC-nin kreditlərinin 52.7 milyon manatı ümidsiz kreditlər hesab edilir.
Banker.az bunu bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ümidsiz kreditlərin ümumi portfeldəki payı 2023-cü ilin IV rübünün əvvəlində 4.8% olduğu halda, rübün sonuna 5%-ə yüksəlib.
Bankın kredit portfeli 1 yanvar 2024-cü il tarixinə 1 mlrd. 47.74 mln. manat təşkil edib.
Bankın portfelində 73.66 mln. manatlıq vaxtı keçmiş kreditlər var ki, bu da cəmi kredit portfelinin 7%-dir.
Mərkəzi Bankın qaydasına əsasən tam təminatlı aktivlər vaxtı 360 günü keçdikdə, qismən təminatlı aktivlərin vaxtı 270 günü keçdikdə ümidsiz kimi təsnifləşdirilir.