4 C
Baku
Sunday, January 18, 2026

“Unibank”ın xalis mənfəəti 9 mln. manatdan yuxarı olub

“Unibank” ASC-nin 2020-ci ilin ilk yarımilliyində faiz gəlirləri 6% artmaqla 42.42 mln. manat təşkil edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cəmi faiz gəlirlərinin  39.59 mln. manatı müştərilərinə verdiyi kreditlər üzrə təşkil edib. Bununla belə bankın faiz xərcləri 13.7 mln. manat olub ki, bu da bankın xalis faiz gəlirinin  28.75 mln. manat olması ilə nəticələnib.

Bankın qeyri-faiz gəliri 12.16 mln. manat və qeyri-faiz xərcləri isə 33.44 mln. manat təşkil edib.

Əlavə olaraq problemli kreditlərin geridönüşü hesabına  1.63 mln. manat  vəsait daxil olub və bankın xalis mənfəəti  9.09 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər