10 C
Baku
Wednesday, December 11, 2024

Emin Quliyev “Unibank”ın yeni buraxılan səhmlərini alıb

“Unibank” Açıq Səhmdar Cəmiyyətinin yeri buraxdığı səhmlərini alan investor məlum oldu.

Banker.az xəbər verir ki, Emin Quliyev Natiq oğlu bankın yeni buraxılan 15 716 ədəd səhmini alıb.

Əqdin məbləği 42 747.52 manatdır (hər birinin nominal qiyməti 2.72 manat olan 15 min 716 ədəd adi, sənədsiz, adlı səhm).

Əqdin bağlanmasından sonra Quliyev Emin Natiq oğlu 188 308 ədəd adi sənədsiz adlı səhm ilə “Unibank”ın nizamnamə kapitalında 0.3592% paya malikdir. Emin Quliyev Natiq oğlu “Unibank”Kommersiya Bankı” ASC Müşahidə Şurası sədrinin müavinidir.

Buna qədər “Unibank”Kommersiya Bankı” ASC-nin nizamnamə kapital 9 fiziki və 1 hüquqi şəxsə, o cümlədən 86.69%-i Müşahidə Şurasının sədri Eldar Qəribova , 7.3096%-i Lüksemburq şirkəti “Canley Finance” təşkilatına aid idi.

Son xəbərlər
Digər xəbərlər