“Unibank KB” ASC-nin balansında əvvəlki dövrün yığılmış zərəri 1 iyul 2023-cü il tarixinə 25 milyon 832 min manat olub.
Banker.az bank tərəfindən açıqlanan maliyyə hesabatına istinadən xəbər verir ki, yığılmış zərərin azalmasına səbəb bankın ilin ilk yarımilində 9 milyon 202 min manat xalis mənfəət əldə etməsidir.
Bank 2023-cü ilin ilk yarımilində 100 milyon 68 min manat faiz gəliri, 48 milyon 271 min manat qeyri-faiz gəliri əldə edərkən, 33 milyon 508 min manat faiz xərci və qeyri-faiz xərci 48 milyon 271 min manata yüksəlib. Bununla da bankın əməliyyat mənfəəti 28 milyon 183 min manata yüksəlib.
Lakin problemli kreditlərə ehtiyatların ayrılması bankın mənfəətinə böyük təsir edib. Bank 18 milyon 982 min manat problemli kreditlərə ayırma edib.