5 C
Baku
Monday, December 30, 2024

Unicapital-ın hazırladığı sosial videoçarx böyük marağa səbəb olub – 4 milyona yaxın baxış

®Bunu ki, ən yaxşı sən bilirsən!” sloqanı ilə başladılan layihənin əsas məqsədi insanların qeyri-real təkliflərə və ani qazanclara aldanmaması, investisiya məlumatlılığının artırılmasıdır. 

Unicapital-ın vətəndaşları maarifləndirmək üçün çəkdiyi sosial videoçarx böyük marağa səbəb olaraq, bir neçə sosial şəbəkə və media kanallarında 3,7 milyondan çox baxış toplayıb. Şirkətin rəsmi Instagram səhifəsindəki baxış sayı isə 1 milyondan çox olub.

Sözügedən videoçarx Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə hazırlanıb.

Xatırladaq ki, gənc nəslin investisiya sahəsi üzrə maarifləndirilməsi şirkətin uzun vədəli inkişaf perspektivlərində yer alan əsas prioritetlərdən biridir.

Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” ASC investisiya sahəsində artıq 17 ildir fəaliyyət göstərir. Şirkət daima korporativ sosial məsuliyyətə önəm verir, əhalinin maliyyə savadlılığının artırılması istiqamətində addımlar atır.

Son xəbərlər
Digər xəbərlər