Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının açıqlamasına istinadən xəbər verir.
Bildirilir ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin “Kriptobroker platforması” virtual aktivlərin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır.
Məhsulun sınaq nəticələri uğurlu hesab edilib və əlavə 6 ay müddətinə uzadılıb.
Qeyd edək ki, hazırda bu layihə “Unibank KB”nin mobil bançılıq layihəsi olan “LeoBank” üzərindən aparılır. Burada spot olaraq kriptovalyuta alışları və satışları əməliyyatı mümkündür. Tətbiq üzərindən 600-dən çox maliyyə aləti ilə ticarət etmək artıq sadəcə telefon vasitəsilə mümkündür.