6 C
Baku
Sunday, December 15, 2024

“Unicapital İnvestisiya Şirkəti” törəmə şirkət yaradır

Unicapital İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 30 sentyabr 2022-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:

1. “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi;

2. “Unicapital İnvestisiya Şirkəti” ASC-nin investisiya fondunun idarəedilməsi fəaliyyəti üzrə törəmə cəmiyyətinin yaradılması;

3. “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə aid digər məsələlər.

 

Son xəbərlər
Digər xəbərlər