6 C
Baku
Sunday, December 15, 2024

Unicapital İnvestisiya  şirkəti  yenə liderdir

“Unicapital İnvestisiya  şirkəti” Açıq Səhmdar Cəmiyyəti  dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, artıq iki aydır davamlı olaraq investisiya şirkətlərinin renkinqinə başçılıq edir.  Mart ayının nəticələrinə görə də, Unicapital İnvestisiya  şirkəti bazarın ən çox xidmət göstərən  şirkətidir.  Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, mart ayında şirkətin  müştərilərə göstərdiyi xidmətinin həcmi 35 mln. manatı ötüb.

Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində  Unicapital İnvestisiya Şirkəti  istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.  İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

Hazırda  Unicapital İnvestisiya Şirkətinin  nizamnamə kapitalı 300.000 manat təşkil edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan,  Bankın saytından  (www.unibank.az) əldə etmək olar.

 

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər