“Unibank KB” ASC-nin törəmə şirkəti “Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik edilib.
Banker.az xəbər verir ki, investisiya şirkətində indiyə qədər Müşahidə Şurasının sədri olan Faiq Hüseynov Arif oğlu bundan sonra üzv kimi fəaliyyətini davam etdirəcək.
F.Hüseynovun yerinə, yəni Müşahidə Şurasına sədr kimi Tahir Qəribov Hikmət oğlu təyin edilib.
Tahir Qəribov 2020-ci ilin mayına qədər “Unicapital”ın Baş direktoru vəzifəsində işləyib, daha sonra “Unibank KB” ASC-nin İdarə Heyətinə üzv seçildiyi üçün bankdan ayrılmışdı.
Qeyd edək ki, Faiq Hüseynov ana şirkət olan “Unibank KB” ASC-nin Müşahidə Şurası sədrinin müavinidir.
“Unicapital”ın Müşahidə Şurasının digər üzvü olan Heybət Qədirov Həsənağa oğlu isə üzvlükdən çıxıb..
Hazırda şirkətin baş direktoru Vüqar Namazov Faiq oğludur.