3 C
Baku
Saturday, December 14, 2024

“Unicapital İnvestisiya Şirkəti”nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək

“Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, səhmdarlarının illik ümumi yığıncağı 24 may 2024-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri, Rəşid Behbudov 55 ünvanında yerləşən “Unibank”ın Baş ofisində məsafədən keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncaqda “Unicapital İnvestisiya Şirkəti” ASC-nin investisiya qiymətli kağızlarının emitenti olaraq 2023-cü il üzrə illik hesabatı, 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və digər məsələlər müzakirə ediləcəkdir.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 300 min manat təşkil edir, təsisçisi 100% “Unibank”dır.

Son xəbərlər
Digər xəbərlər