17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

“Unicapital”da daha bir təyinat

Screen Shot 2021 09 02 at 14.34.20

“Unicapital” İnvestisiya Şirkətində yeni təyinat olub. Şirkətin baş menecerinin qərarı ilə Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Baş menecerinin müşaviri vəzifəsinə təyin olunub.

Banker.az xəbər verir ki, Vüqar Namazov bu vəzifəyə təyin olunanadək Aqrar Tədarük və Təchizat ASC-də İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışıb. O, 13 ildən artıq Bakı Fond Birjasında müxtəlif rəhbər vəzifələrdə, 2016-2019-cu illərdə isə İdarə Heyətinin sədri olaraq çalışıb. V.Namazov həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetində qiymətli kağızlar bazarı, əməliyyatlar menecmenti, portfel idarəetməsi üzrə mühazirə dərsləri aparır.

Vüqar Namazov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr və Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr təhsili alıb. Bir çox beynəlxalq ixtisas sertifikasiyalarının o cümlədən, ABŞ Layihələrin İdarə Edilməsi İnstitutunun (PMI) Peşəkar Layihə Meneceri (PMP) sertifikatının sahibidir. 2021-ci ildə Kellog Biznes Məktəbinin Təşkilati liderlik ixtisası proqramını bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantıdır. Kapital bazarları ticarət sistemləri və infrastrukturu, alternativ maliyyələşmə həlləri, İPO, törəmə maliyyə alətlərinin tətbiqi və s. istiqmətlərdə bir çox məqalə və araşdırmaların müəllifidir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər