İtaliyanın “Unicredit” maliyyə qrupu Rusiyadakı biznesini aktiv şəkildə azaltmağa başlayıb. Bildirilir ki, “Unicredit Bank”ın lizinq törəmə şirkəti uzunmüddətli müqavilə portfelinin demək olar ki, hamısını (təxminən 3 milyard rubl) Rusiya şirkəti “PR-Lizing”ə satıb.
Mənbələrin bildirdiyinə görə, “Unicredit” özünün Rusiya törəmə strukturunu digər İtaliya qrupunun — “Intesa”nın modelinə uyğun olaraq bazarda iştirakını sərt şəkildə azaltmağa yönəldir. Portfelin məhz bu şəkildə satılması hökumət komissiyası ilə uzunmüddətli razılaşmalardan və aktiv dəyərinin 35%-i həcmində büdcəyə məcburi ödənişdən yayınmağa imkan verir.
“PR-Lizing”lə bağlanan müqavilə bu prosesdə ilk böyük addım olub. Eyni zamanda bankı korporativ-investisiya blokunun rəhbəri Vadim Aparxov və əməliyyat direktoru Olqa Petrova da tərk edirlər. Maliyyə blokunun kuratoru Aleksey Oborin icraçı sədr vəzifəsini icra edən şəxs təyin edilib.







