20 C
Baku
Bazar, Oktyabr 24, 2021

“Unicredit” zərərini açıqlayıb

İtaliyanın bank qrupu olan “Unicredit” 2020-ci ilin ilk üç rübündə 1,606 milyard avro xalis zərər görüb. Halbuki bir il əvvəl bank 4,208 milyard avro mənfəət əldə etmişdi.

Bunu qrupun hesabatından görmək olar.

Hesabat dövründə əməliyyat mənfəəti 15,6% azalaraq 5,555 milyard avroya düşüb. Qrupun xalis faiz gəliri 7,19 milyard avro təşkil edib ki, bu da illik ifadədə 4,9% azalma deməkdir. Gəlir 7,8% azalaraq 12,902 milyard avroya düşüb.

Üçüncü rübün yekunları üzrə “Unicredit” 680 milyon avro xalis mənfəət əldə edib və bu, öncəki ilə nisbətən 1,7 dəfə azdır. Əməliyyat mənfəəti 13,8% azalaraq 1,945 milyard avroya düşüb. Xalis faiz gəliri 2,303 milyard avro olub ki, bu da əvvəlki ilə nisbətən 8,6% azalma deməkdir. Rüblük gəlirlər 7,4% azalaraq 4,354 milyard avro təşkil edib, lakin rüblük ifadədə 4,4% artım əldə olunub.

“Unicredit” bank qrupu 18 ölkədə fəaliyyət göstərir.

Son xəbərlər
Oxşar xəbərlər