4 C
Baku
Thursday, December 25, 2025

“Unicredit”in 500 filialı bağlanacaq

Baş ofisi İtaliyanın Milan şəhərində yerləşən “UniCredit SpA” bankının baş direktoru (CEO) Jan Pier Mustier rəhbərlik etdiyi maliyyə qurumunun 4 illik strateji planını açıqlayıb.

Plan bankın 2 milyard avro dəyərində səhmlərinin geri alınmasını, eləcə də 8 min işçisinin ixtisar edilməsini nəzərdə tutur.

Son nəticədə “Unicredit”in əməkdaşlarının 9%-i işini itirəcək, Bankın isə təxminən 500 filialı bağlanacaq.

Xatırladaq ki, “UniCredit” ötən həftə Türkiyənin “Yapı Kredi Bank”ındakı payını digər səhmdara – “Koç Holdinq”ə satıb.

©Report

Son xəbərlər
Digər xəbərlər