“Unilever” Rusiyadakı biznesini təxminən 520 milyon avroya satıb, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Oktyabrın 10-da “Unilever” Rusiya və Belarusdakı biznesini Aleksey Saqalın “Arnest” qrupuna satdığını elan edib. Sövdələşmənin məbləği və onun şərtləri rəsmi olaraq açıqlanmayıb.
“Unilever” 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan sonra Rusiyaya məhsullarının ixracını dayandırdığını elan edib. 2023-cü ilin iyulunda şirkətin baş direktoru Hayn Şumaxer şirkətin Rusiyadakı gələcək fəaliyyəti üçün bir neçə variant təklif edib. Birinci variant Rusiyada biznesdən imtina etmək, ikincisi isə biznesi satmaq olub.