-1 C
Baku
Sunday, December 15, 2024

“Unilever” şirkəti “Lipton” və digər çay markalarını 4.5 mlrd. avroya satır

“Unilever” şirkəti “Lipton”, “Brooke Bond”, “PG Tips”, “Lyons” və digər çay markalarının daxil olduğu “Ekaterra” törəməsini 4.5 milyard avroya satır. Verilən məlumata görə, şirkətlərin yeni sahibi “CVC Capital Partners Fund VIII” fondu olacaq.

Ümumilikdə, “Ekaterra” portfelinə 34 çay markası daxildir, 2020-ci ildə onun gəliri 2 milyard dollar təşkil etmişdir.

“Unilever” “Lipton”u 1971-ci, “Brooke Bond”u isə 1984-cü ildə alıb. Bu, şirkətə İngiltərədə lider mövqe qazandırıb. Şirkət çay biznesinin satışı barədə 2020-ci ildə satışların azalması fonunda düşünməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər