15 C
Baku
Tuesday, November 19, 2024

“Unilever”in baş direktoru istefa verir

Böyük Britaniyanın istehlak malları istehsalçısı “Unilever”in baş direktoru Alan Coup 2023-cü ilin sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb. Şirkətdən verilən açıqlamada Coupun istefa vermək niyyəti barədə direktorlar şurasına məlumat verdiyi bildirilib. Direktorlar şurası yeni baş direktor axtarışına başlayır və həm şirkət daxilindən, həm də kənardan namizədləri nəzərdən keçirməyə hazırlaşır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Coup 2019-cu ildə “Unilever”ə işə düzəlib. Qərb mətbuatının yazdığına görə, istefa qərarı son vaxtlar şirkətin bir çox investorlarının onun fəaliyyətinin nəticələrindən narazı olması ilə bağlı ola bilər.

“Trian Fund Management” bu il “Unilever”in payını aldıqdan və onun rəhbəri, aktivist investor Nelson Pelts şirkətin direktorlar şurasına qatıldıqdan sonra investorların təzyiqi güclənib.

Son xəbərlər
Digər xəbərlər