9 C
Baku
Thursday, December 12, 2024

UnionPay Mastercard və Visa şirkətlərini geridə qoyub

Banker.az xəbər verir ki, RBR araşdırmasına əsasən, plastik kartların qlobal bazarı 14 milyard plastik karta qədər artıb. Bazarda ən çox paya sahib şirkət isə Çinin UnionPay şirkətidir.

Beləliklə, araşdırmanın nəticələrinə görə, 2016-cı ildə dünyada plastik kartların sayı 8%, yəni 14 milyarda qədər artıb. İl ərzində 1 milyard plastik kart buraxılıb. Plastik kart bazarının inkişafına görə rekordun sahibi isə Çindir.

RBR hesabatına əsasən, 2016-cı ildə Çin plastik kart bazarının inkişafı sayəsində UnionPay şirkəti bazardakı payını 43%-ə qədər artırıb və Visa və Mastercard şirkətlərini geridə qoyub. UnionPay 2010-cu ildən etibarən dünyada buraxılan kart sayına görə liderdir, 2016-cı ilin sonunda isə artıq 6 milyarddan çox UnionPay kartı var idi. Bu ödəniş şirkətinin kartlarının yalnızca 1%-i Çin hüdudlarından kənarda buraxılıb.

Araşdırma qeyd edir ki, dövriyyədə olan bütün plastik kartların 80%-i UnionPay, Visa və Mastercard şirkətlərinin payına düşür. Geri qalan 20% isə American Express, Diners Club, JCB, Discover və digər kiçik yerli maliyyə təşkilatlarının kartlarıdır.

Bundan əlavə, bildirilir ki, 2022-ci ildə dünyada plastik kartların sayı 17 milyarda qədər artacaq.

Son xəbərlər
Digər xəbərlər