13 C
Baku
Tuesday, May 7, 2024

“UnionPay” xaricdə buraxılan kartların Rusiyada istifadəsini məhdudlaşdırıb

“UnionPay” xarici bankların buraxdığı kartların sanksiyalara məruz qalan Rusiya banklarının POS-terminallarında istifadəsini məhdudlaşdırıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Mənbələrdən birinə görə, Çin ödəniş sisteminin kartları “aprel-may aylarında” fəaliyyətini dayandırıb. Vurğulanır ki, “UnionPay”ın qərarı ikinci dərəcəli sanksiyalar qorxusu ilə bağlıdır.

“UnionPay öz təşəbbüsü ilə sanksiyalara məruz qalmış banklarda həm alış, həm də emissiya baxımından məhdud tərəfdaşlığa malikdir. Xüsusilə, xaricdə buraxılmış UnionPay kartlarının qəbulu dayandırılıb”, – mesajda deyilir.

Xatırladaq ki, martın əvvəlində beynəlxalq ödəniş sistemləri “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırıb. Bunun fonunda ruslar “UnionPay” kartlarına tələbatı artırıblar. Bir çox xarici onlayn mağazalar Rusiyada buraxılan “UnionPay” kartları ilə ödənişləri qəbul etmir. Aprel ayında “UnionPay”ın sanksiyalara məruz qalan banklarla əməkdaşlıqdan imtina etməsi açıqlanmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər