-1 C
Baku
Sunday, December 15, 2024

“UnionPay” xaricdə Rusiya kartlarından nağdlaşdırmaya məhdudiyyət qoyub

Çinin “Union Pay” ödəniş sistemi Rusiya bankları tərəfindən buraxılan kartlarından istifadə etməklə xaricdə nağd pul çıxarılmasını məhdudlaşdırıb. Bu barədə məlumatı ölkənin “Primorye” bankı yayıb.

İndi bu kartların sahibləri gündə 50 000 yuandan (Mərkəzi Bankın dekabrın 29-na olan məzənnəsi ilə təxminən 500 000 rubl) və ya bu məbləğin digər valyutalarda ekvivalentində, həmçinin 500 000-dən çox olmayan məbləğdə vəsait çıxara biləcəklər.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Müəyyən edilmiş limitdən artıq bankomatlardan nağd pul çıxarmaq zərurəti yaranarsa, bankın tariflərinə uyğun olaraq əlavə UnionPay kartı vermənizi tövsiyə edirik”, – mesajda deyilir.

Xatırladaq ki, ödəniş sisteminin rəsmi saytında verilən məlumata görə, Rusiyada “UnionPay” kartları Rusiyanın “Russkiy standart, “MTS Bank”, “Rosselxozbank”, “Qazprombank”, “Solidarnost”, “Sankt-Peterburq”, “Primsotsbank”, “Primorye”, “RRDB”, “Zenit” və “Post Bank” bankları tərəfindən buraxılır.

Son xəbərlər
Digər xəbərlər