6 C
Baku
Sunday, January 29, 2023

“Uniper” “Qazprom”u məhkəməyə verdi

Almaniyanın “Uniper” şirkəti Rusiyanın “Qazprom Export” şirkətini məhkəməyə verib.

Bu barədə Uniper-in baş direktoru Klaus-Diter Mobax Düsseldorfda keçirilən tədbirdə bildirib. Artıq şirkətə qarşı beynəlxalq arbitraj məhkəməsində arbitraj prosesi başlayıb. Onun sözlərinə görə, Rusiya Federasiyasından tədarükün kəsilməsi nəticəsində dəymiş maddi zərərin məhkəmə yolu ilə ödənilməsi nəzərdə tutulur.

“Biz bu prosesdə əhəmiyyətli maliyyə itkimizi kompensasiya etməyə çalışırıq. Söhbət “Qazprom”la müqavilə əsasında razılaşdırılan, lakin təhvil verilməyən və əvəzediciləri son dərəcə yüksək bazar qiymətlərinə almalı olduğumuz qaz həcmlərindən gedir ” , – Mobach bildirib .

Son xəbərlər
Digər xəbərlər
X