18 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

“United Airlines” 36 min işçisini məcburi məzuniyyətə göndərəcək

faizlere

ABŞ-ın ən böyük aviadaşıyıcılarından biri olan “United Airlines” koronavirus pandemiyasının (COVID-19) aviasiya sektoruna mənfi təsiri ilə 36 min işçisini məcburi məzuniyyətə çıxara biləcəyini açıqlayıb.

Bu barədə şirkət rəhbərliyi işçilərinə göndərdiyi mesajda bildirib.

Məlumatda qeyd olunur ki, mülki aviasiya tarixinin ən dağıdıcı maliyyə böhranı səbəbi ilə “United Airlines” ümumi işçilərinin təxminən 45%-ni, bu il oktyabrın 1-dən etibarən məcburi məzuniyyətə göndərəcək.

Qeyd edək ki, məcburi məzuniyyətə göndəriləcək işçilərdən 15 minə yaxını kabin heyətindəndir, 2 mindən çoxu isə pilotdur. Belə ki, koronavirus pandemiyasının təsiri ilə “United Airlines”ın gündəlik 40 milyon ABŞ dolları itirir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər