1 C
Baku
Saturday, December 14, 2024

United Airlines reysdən zor gücünə endirilən sərnişinə görə 750 milyon dollar itirdi

Banker.az saytının Gizmodo portalına istinadən verdiyi xəbərə görə, United Airlines aviaşirkətinin kapitalizasiyası sərnişin ilə bağlı yaşanan insidentdən sonra 750 milyon dollar enib. Qeyd edək ki, təhlükəsizlik xidmətinin əməkdaşları yer çatışmazlığı səbəbindən həmin sərnişini zor gücünə təyyarədən endirməyə çalışıb. Nəticədə sərnişinə ciddi xəsarətlər yetirilib.

11 aprel tarixində hərrac zamanı şirkətin səhmlərinin dəyəri 22,5 milyarddan 21,7 milyard dollara enib.

İnsident 9 apreldə Çikaqo hava limanında Luisvill şəhərinə uçuşdan əvvəl baş verib. Sərnişinlərə elan edilir ki, United Airlines əməkdaşlarının əyləşməsi üçün təyyarədə 4 yeri boşaltmaq lazımdır. Heç kəs hətta təzminat qarşılığında bunu könüllü olaraq etməyə razı olmur və nəticədə seçilmiş 4 şəxsdən getmələri tələb olunur. Sərnişinlərdən biri bu tələbə rədd cavabı verdikdə mühafizəçilər onu qollarından tutaraq çıxarmağa başlayıb.

10 və 11 aprel tarixində sosial şəbəkələrdə yayılan görüntülərdən kişinin üzünə zərər dəydiyi aydın olur.

Hazırda insident araşdırılır. Sərnişini təyyarədən endirən mühafizəçilərdən biri müvəqqəti olaraq işdən kənarlaşdırılıb.

 

Son xəbərlər
Digər xəbərlər