Lisenziyası ləğv olunmuş “United Credit Bank” ASC-nin ləğv edilməsi ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məşğul olacaq.
Bununla bağlı qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib və rəhbərlik etdiyi qurum Bankın ləğvedicisi təyin olunub.
Bankda 3,635 mln. manat əmanət olub
Ləğvetmə prosesində olan “United Credit Bank” ASC-də fiziki şəxslərə məxsus ümumilikdə 3,635 mln. manat əmanət olub.
Reportun məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalaması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, bunun 3,315 mln. manatı qorunan əmanətlər, 2,132 mln. manatı kompensasiya olunan əmanətlərdir. Bu məbləğ 472 əmanətçiyə məxsusdur.
Əmanətçilər kompensasiya almaq üçün ADIF-in Bakı şəhəri, Xətai rayoynu, Babək prospekti,16 ünvanında yerləşən ofisinə (ləğvetmə prosesində olan “Texnikabank” ASC-nin keçmiş baş ofisi) müraciət edə bilərlər.







