Aprelin 19-dan bu günədək «United Credit Bank»ın əmanətçilərinə 1 mln. 690 min manatdan artıq kompensasiya ödənilib. Bu barədə İnterfaks agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Qeyd edək ki, ADIF aprelin 19-da «United Credit Bank»ın qorunan əmanətləri üzrə kompensasiyaların verilməsinə başlayıb.
2016-cı ildə bağlanan 11 bankın əmanətçilərinə ümumilikdə 733,202 mln. manatdan artıq kompensasiya ödənilib.
“Texnikabank” ASC-nin əmanətçilərinə 120,433 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,161 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 976,44 min manatdan artıq kompensasiya ödənilib.
Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 58,227 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 43,218 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,771 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,087 mln. manatdan artıq kompensasiya alıblar.
“Atrabank” ASC-nin əmanətçilərinə 14,32 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,974 mln. manat kompensasiya ödənilib.
“Bank Standard”ın əmanətçilərinə isə 437,345 mln. manatdan çox kompensasiya ödənilib.*