7 C
Baku
Thursday, December 12, 2024

“Universal Metal” şirkəti zərər edib

“Universal Metal” QSC 2022-ci ili 708 min manat zərərlə başa vurub. Əvvəlki ilə QSC 59 min manat xalis mənfəət əldə etmişdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2022-ci ildə “Universal Metal” QSC-nin əsas əməliyyat gəlirləri 2 milyon 91 min manat  (32.2% çox), satışın maya dəyəri 2 milyon 736 min manat, inzibati xərcləri 63 min manat təşkil edib.

Hesabat dövründə “Universal Metal” şirkətinin cəmi aktivləri 207 min manat olub ki, bu da illik müqayisədə 15% artımdır.

Xatırladaq ki, “Universal Metal” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Zaur Əmirovdur.

Son xəbərlər
Digər xəbərlər