“Universal Pro” MMC tikinti materialları sektorunda 10 ildir fəaliyyət göstərrir və xaricdə istehsal olunub Azərbaycana idxal olunan tikinti materialları, həmçinin neft-qaz sənayesi üçün avadanlıqların satışı ilə məşğuldur. 2010-cu ilin may ayından bizim şirkət dünyanın bir neçə tanınmış şirkətlərinin rəsmi nümayəndəsi olaraq Azərbaycanda fəaliyyət göstərir.
Maraqlanan şəxlərdən mövzu yerində vakansiyanın adını yazmaqla CV-lərini [email protected] elektorn ünvanına göndərmənyi xahiş olunur.
Vakansiya 1: Marketinq Menecer
İş barədə məlumat
– Bazar Araşdırması vasitəsiylə hədəf müştəriylə bağlı aşağıdakıları aşkarlamaq:
– Müştəri Kimdir (korporativ, pərakəndə, fiziki şəxs və s)
– Hansı problemləri var ki, təchizatçıdan həllini və yeni təkliflərini gözləyir
– Hansı imkanları var ki, təchizatçı hələ yararlanmayıb
– Hansı başqa təchizatçılarla işləyir, və bu digər təchizatçılarla müqayisədə güclü və zəif tərəflər hansılardır
– Müştəri məmnuniyyətini araşdırmaq
– Müştərinin gələcək layihələri nələrdir və təchizatçı bu layihələrdə necə yer alıa bilər
– Satınalmanın hədəfləri nədir və təchizatçı bu hədəfə çatmaqda necə kömək edə bilər
– Satınalmanın ödəmə şərtləri nədir və təchizatçı nədə güzəştə gedə bilər nədə yox
– Yuxarıda qeyd edilmiş məlumatları müştərilər üzrə qruplaşdıraraq hər bir müştəri vəya qrupu üçün Müştəri Profili
Məlumat Bazasını Yaratmaq
– Müştəri ehtiyacları, imkanları, məhdudiyyətləri, arzu və istəklərinə əsaslanaraq məhsul paketlərini hazırlamaq. Bu Paketləri hazırlayarkən aşağıdakı işlər görülməlidir:
– Məhsulun adı, logosu, sloganı, kommersiya komunikasiyası, Dizaynı və Qablaşdırılması, Brendinq xüsusiyyətləri və s
– Məhsul Paketinin Maliyyə Analizi və Planı
Marketing Media Planlar:
– Marketing Startegiya və Planlarının Hazırlanması (Bazar Böyüməsi, Bazar Payı, Yeni Bazarlar, Praysing, Doungreyding, Assortment, Decosting, Expanding və s üzərində strategiyaların qurulması
– Bazar Araşdırması Vasitəsiylə Müştəri “Touch Point”ləri müəyyən etmək və buna əsasən Media Planının Hazırlanması
– Bazar Giriş Planının Hazırlanması və İcra Edilməsi
– Regular Marketing Tanıtım və Təşviq Kompaniyalarının aparılması
– Brend Bilinirliyi, İstifadəliliyi, Güvəni, Loyallığı indekslərini ölçmək üçün bazar araşdırmalarının aparılması və nəticələrin analizi
İnisiativa Master Planlarının Hazırlanması və İcrası:
– 12 aylıq Satışa Dəstək İnisiativa Planının Yazılması
– 3 aylıq CANVASS Yazılması
– 1 aylıq Satış Fəalyyət Planının Yazılması
– Satış Promosyonları və Kampaniyalarının Hazırlanması
– Satış Reklam Materiallarının Hazırlanması və Yerləşdirmə Hədəfləri
– Müştərini Çox Almaya Həvəsləndirən Kampaniyalar
Şirkətin Korporativ Brendinin İnkişafı və Tanıtımı Üçün, eyni zaçmanda uğurlu PR işlərinin aparılması üçün aşağıdakıları edir:
– Şirkətin korporativ brendinin atributlarını (logo, slogan, rəng, hədəf kütlə və s) və brend book-unu hazırlayır
– Korporativ brendi üçün və Məhsul kateqoriyaları üçün Kataloq, Broşür və digər tanıtım reklam materiallarını hazırlıyır
– Mətbuatla və Dövlətlə əlaqələrini qurur, onların qarşısında şirkəti təmsil edir, zamanında Press Relizlərini bölüşür
– Sərgi işlərinin təşkili
Namizədə tələblər
Ali təhsil (MBA bitirənlərə üstünlük verilir)
İş təcrübəsi – 3 il
Yaş həddi 25-35
Ünsiyyət, adaptasiya, biznes və məhsul biliyi, liderlik, analitik düşünmə, məsuliyyət, əməkdaşlıq etmə bacarığı, sahədə olma, araşdırma
Analiz etmə bacarığı, Prioritetləşdirə bilmə, Nəticəyə Fokuslanmaq, insiativ alma, baza maliyyə biliyi, baza logisitik biliklər, müştəri yönümlülük
MS Office-də ( Excel,Word və PowerPoint ) işləmək baçarığı
Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir);
Vakansiya 2: Brend Menecer
İş barədə məlumat
– Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək
– Brend üzrə yeni trendlərin və brendin satıla biləcəyi yeni bazarların araşdırılmasını və analizini həyata keçirmək
– Məhsul üzrə şirkətin əsas spikeri rolunda çıxış etmək
– Satış mütəxəssislərinə məhsul üzrə texniki biliklər və inandırma bacarıqları mövzularında təlimlər verilməsi
– Brendin müştəri hədəfinin müəyyən və əldə edilməsi
– İstehsalçı və vasitəçilərlə kontaktların qurulması və görüşlərin keçirilməsi
– Yeni məhsulların bazara çıxarılması taktikalarının işlənilməsi və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər
– Yaş həddi 25-30
– Ali təhsil (marketing və yaxud biznesin idarə edilməsi üzrə)
– Sahəsi üzrə 1-3 il iş təcrübəsi
– Analitik düşünmə və problem həll etmə qabiliyyəti
– Ünsiyyət və İnandırma bacarığı
– Prezentasiya qabiliyyəti
– Türk, Rus və İngilis dilini bilənlərə üstünlük verilir
Qeyd: Brendlər tikinti sahəsi üzrə qaynaq və kimyasal maddələrdir. Maaş: 700-1000 AZN
Vakansiya 3: Korporativ Satış Nümayəndəsi
İş barədə məlumat
– Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
– İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
– Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacların analizi
– Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
– Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
– Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
– Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
– Müştərilərə zəng vəya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
– Görüşə hazırlıq və təqdimat materiallarının hazırlanması
– Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
– Ziyarət nəticələrinin izlənilməsi
– Sifarişlərin icra olunması
– Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
– Qiymələr və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
– Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
– Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
– Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
– Müştəri ödəmələrinin izlənilməsi
Namizədə tələblər
– Yaş həddi 23-35
– Tikinti və yaxud neft sektorunda satış sahəsi üzrə 1-3 il iş təcrübəsi
– Liderlik qabiliyyəti
– Analitik düşünmə və problem həll etmə qabiliyyəti
– Ünsiyyət və İnandırma bacarığı
– Prezentasiya qabiliyyəti
– Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti
– MS Office bilikləri
– Azərbaycan və İngilis dilində sərbəst danışıq bacarığı (Rus dilini bilənlərə üstünlük verilir);
– Xoş xarici görkəm
– Sürücülük vəsiqəsi B
Əlavə şərtlər
– Benzin və telefon limiti ayrılacaqdır
– Şəxsi avtomobili olanlara üstünlük verilir. Maaş: 700 AZN + bonus.
Vakansiya 4: Koprorativ Satış Supervayzeri
İş barədə məlumat:
– Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
– Satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunması
– Nominal və ağırlıqlı distribusiya hədəflərinin müəyyənləşdirilməsi və bu hədəflərə çatma üçün lazımi işlərin təşkili
– Satış plan və hədəfləri üzrə struktur bölməsi üzrə iş bölgüsünün aparılması və əməliyyat planlarının hazırlanması
– Satış və inkişaf planlarının icrasına nəzarət olunması və vəziyyətə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi
– Loyal müştəri proqramını icra etmək və müəyyən edilmiş say hədəflərinə çatmaq
– Mütəmadi olaraq müştəri ziyarətləri etmək
– Satış şərtlərinin və güzəştlərinin düzgün icrasına nəzarət
– Tabeçiliyindəki personallardan sahə üzrə satış proqnozlarının əldə olunması, proqnozların analizi və rəhbərliyə ötürülməsi
Namizədə tələblər
– Ali təhsil
– Azərbaycan, Rus və İngilis dili əla səviyyədə (yazılı və ünsiyyət)
– Səriştəlik tələbləri: Liderlik, əməkdaşlıq, məhsul biliyi, prezentasiya, ünsiyyət, analitik düşünmə, problem həlletmə, komanda işi, yaradıcılıq, prioritetləşdirmə, nəticəyə fokuslanma, yerində öyrənmə, dəyişikliyə açıqlıq
– 3 ildən az olmayaraq iş təcrübəsi
– Yaş həddi 25-40
– Ms.Office proqramları bilikləri
Maaş: 1500 AZN + bonus.
Maraqlanan şəxlərdən mövzu yerində vakansiyanın adını yazmaqla CV-lərini [email protected] elektorn ünvanına göndərmənyi xahiş olunur.