18 C
Baku
Tuesday, April 23, 2024

Universitetlərə 180 mln. manat ayrılacaq?

“Sosial şəbəkələrdə universitetlərə ayrılan vəsaitin həcmi barədə yayılan məlumat yanlışdır.”

Banker.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Həmin məlumata görə, dövlət büdcəsindən Tibb Universitetinə 1.3 mln. manata yaxın, BDU-ya isə 700 min manatdan bir qədər yuxarı, ADA-ya 17.6 mln. manat, Moskvanın burdakı 2 universitet filialına birlikdə 17.2 mln. manat vəsait ayrılması göstərilir.

İqtisdaçı bildirir ki, reallıq belədir:  Son illər dövlət büdcəsindən ali təhsilə 180 mln. manata yaxın vəsait ayrılır. Onun da bu məlumatda deyildi kimi 35-40 mln. manatı Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun tələbəhesabı maliyyələşmə mexanizminə keçməyən 5 universitet ayrılır.

Yerdə qalan 140 mln. manata yaxın vəsait isə digər ubiversitetlər arasında tələbə hesabı maliyyələşmə mexanizminə əsasən bölüşdürülür.

 

“Problem ondadır ki, 2014-cü ilədək bütün universitetlər üzrə ayrılan vəsaitin həcmini dövlət büdcəsində görmək olurdu. Son 4 ildə isə yalnız ADA, Moskvanın 2 universitetinin filialı, bu ildən isə İlahiyyat İnstitutuna ayrılan vəsaiti görmək olur.

Yerdə qalan universitetlər üzrə isə yalnız ali təhsilin ümumi xərci görsənir.

Məlumat açıqlığı və şəffaflıq şayiələrin qarşısının alınmasının ən yaxşı dərmanıdır.

Maliyyə Nazirliyi ən azından icra edilmiş büdcə hesabatında hər bir universitetə ayrılmış vəsaitin həcmini açıqlamalıdır.

Məsələn, Türkiyədə parlamentə daxil olan büdcə sənəsində bütün universitetlər üzrə proqnozlaşdırılan maliyyənin həcmini görmək olur.

Türkiyə demişkən, bu ölkənin 2019-cu il üzrə büdcə layihəsinə baxıram. Cəmi büdcə xərclərinin 18%-i təhsillə ayrılacaq və təhsil 1-ci yerdədir. Bizdə bu göstərici 10% ətrafındadır və 3-cü yerdədir. Eyni zamanda Türkiyədə gələn il bütün təhsil xərclərinin 25%-i universitetlərə gedəcək. Bizdə 9%-dən azdır. Türkiyədə gələn ilki cəmi büdcə xərclərinin 5%-i ali təhsilə gedir, bizdə həmin göstərici 1.5% ətrafındadır.” – deyə iqtisadçı bildirib

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər