Bakı şəhərində yerləşən ali məktəblərin və regional əhəmiyyətli tədris müassisələrinin ölkənin digər bölgələrinə köçürülməsi məsələsinə müvafiq hesablamalar aparıldıqdan və iqtisadi-siyasi əhəmiyyəti dəyərləndirildikdən sonra baxıla bilər.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında bildirilib.
Qeyd olunub ki, Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara köçürülməsi ilə bağlı yeni kampusların inşası məsələsi müzakirə olunmur.
Hesabata görə, ölkəmizdə 51 ali təhsil müəssisəsi, o cümlədən 40 dövlət (ondan 7-si ali xüsusi təyinatlı təhsil müəssisəsi), 11 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin ali təhsil müəssisələrinin 9-u ölkənin ayrı-ayrı region və şəhərlərində (Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Lənkəran) yerləşir. Bundan əlavə 3 dövlət ali təhsil müəssisəsinin 7 filialı respublikanın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərir.