26 C
Baku
Saturday, July 27, 2024

Unudulmuş milyardlar: alman banklarında sahibsiz 2 milyard avro saxlanılır

Almaniyada ümumi istifadə və tələbat olunmayan bank hesablarının yaradılmasına ehtiyac var. Məsələ ondadır ki, bu hesablarda sahiblərinə qaytarılması gərək duyulan təqribən 2 milyard avro dəyərində vəsait var. Bankların müştərilər haqqında məlumat bazasının sayəsində öz vəsaitlərini unutmuş şəxslərlə əlaqə saxlamaq rahat olacaq.

Deutsche Welle-in verdiyi məlumata görə bunu Şimali Reyn-Vestfaliyanın maliyyə naziri Valter Boryans bildirib.

Əsas olaraq, istifadə olunmayan hesabların sahibləri artıq dünyalarını dəyişmiş və heç bir qohuma sahib olmayan şəxslərdir. Unudulmuş hesabların bəzi sahiblərinin artıq 120 yaşı olmalıdır. Unudulmuş hesablar məsələsini həll etmək üçün bank ilk növbədə hesab sahiblərinin varislərini araşdırmağa başlayacaq. Valter Boryans qeyd edib ki, axtarışlar uğursuzluqla nəticələnsə belə, hesab açıq, pullar isə toxunulmaz olaraq qalacaq.

Almanlar bu problemin həlli zamanı İsveçrə banklarının təcrübəsindən də yararlana bilərdilər. Belə ki, İsveçrədə 60 il ərzində unudulan hesabların detalları haqqında məlumatlar bunun üçün nəzərdə tutulmuş xüsusi saytda yerləşdirilir. Hesabın sahibi bu yolla da tapılmadığı halda vəsaitlər avtomatik olaraq dövlətin mülkiyyətinə çevrilir. Lakin Almaniyada məsələnin bu yolla həllinə kifayət qədər skeptik yanaşırlar.

Son xəbərlər
Digər xəbərlər