6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Unun bahalaşması ilə çörək də bahalaşdı

Azərbaycanda çörək və un məmulatları istehsalçıları öz məhsullarının qiymətini qaldırıblar. Supermarket və mağazalarda zavodlarda istehsal olunan çörək 20 qəpik bahalaşıb. Alverçilərin sözlərinə görə, çörəyin qiyməti yenə də arta bilər.

Bildirilib ki, bahalaşma dünya bazarında buğdanın və unun bahalaşması  və Azərbaycana buğdanın daha yüksək qiymətlərə idxal edilməsi ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycanda 1 kisə unun qiyməti 28 manatdan 38-40 manata yüksəlib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər