15 C
Baku
Friday, March 29, 2024

Unutmaqda fayda var!

İnsan şüuru demək olar ki, hər şeyə qadirdir, lakin bəzən o özü-özünə problem yaradır. Əgər öz həyatınızı yaxşılığa doğru dəyişmək istəyirsinizsə, ilk olaraq öz düşüncələrinizi dəyişməlisiniz. İrəliyə doğru addımlamaq üçün parazit tipli fikirlərdən uzaqlaşmaq lazımdır. Beyninizi aşağıdakı lazımsız fikirlərdən azad etməklə, onların sizə nə dərəcədə mane olduğunu anlayacaqsınız.

1. Həyat heç nədir

Fikirləriniz – qlobal konfliktlərin yarandığı əsl döyüş meydanıdır. Beyninizdə daim dövran edən  pessimist fikirlərin yarısı heç vaxt reallaşmayacaq. Siz isə həyatınızı bu boş şeylərlə zəhərləyirsiniz.  Öz daxili müharibələrinizi dayandırın – siz konfliktlərdən tam azad ola bilməsəniz də, beyninizdəki müharibəni dayandıra bilərsiniz.

2. Onlar haqlıdırlar – mən heç nəyə yaramıram

Ətrafınızdakı mənfiliklərə fikir verməyin və digərlərinin fikirlərinin öz fikirlərinizi zəhərləməsinə imkan verməyin. Sizi tənqid və yaxud günahkar hesab edən insanlara baxın. Onların necə göründüyü, davranışları, yaşayışları sizin xoşunuza gəlirmi? Onlar xoşbəxtdirlərmi? Əgər yox – onda onların fikirlərini bir dəfəlik olaraq unudun. Onlar özlərini və ətrafdakıları fikirləri ilə zəhərləməyə çalışırlar və siz onların bu oyununda iştirak etməyə məcbur deyilsiniz.

3. Heç nə dəyişməyəcək və bu bütün həyatım boyu belə davam edəcək!

Bu fikirlərdən insanda apatiya yaranır və bu səbəbdən də lazımsız fikirlərlə yüklənməyə ehtiyac yoxdur. Həyatınızın necə olacağını özünüz seçirsiniz. Lakin seçim edərkən yadda saxlayın ki, dəyişiklik üçün zaman tələb olunur.

4. Həyat asan olmalıdır

Valideynləriniz  sizi ərköyük böyüdərək istədiyinizi elə anındaca təqdim edə bilər. Lakin bu həyatın özünə aid deyil. Bu səbəbdən də, nədənsə gileylənmək və problemlərə əsəbləşməkdənsə, sizi narahat edən nəyisə dəyişməyə başlayın.

5. Kimsə günahkardır, lakin mən yox

Öz yaxşı davranışlarımızı tez qəbul etdiyimiz halda, səhv və uğursuzluqlarımızı tanımaq belə istəmirik. Öz uğursuzluğumuzda ətrafdakıları, məsələn, hökumət, iş yoldaşları və yaxud şəraiti günahkar hesab edirik.

Unutmaq lazım deyil ki, səhvlər qaçılmazdır. Axı, heç vaxt səhv etməyən, elə heç vaxt heç nə etməyən kəsdir. Buna görə də, öz səhvlərinizi qəbul etmək və onlara görə məsuliyyət daşımağı bacarmaq lazımdır.

6. Öz hislərimi idarə edə bilmirəm

Bu sizə elə gəlir, çünki heç vaxt bunu sınamamısınız. Gün ərzində sizi qıcıqlandıran bir çox şeylərlə qarşılaşırsınız. Bütün bunlar xoşagəlməzdir, lakin yalnızca siz onlara necə reaksiya verəcəyinizi seçirsiniz.

Emosional köləlikdən azad olaraq öz hislərinizi idarə edə, bütün gün əsəblərinizi qoruya və ən xırda şeylərə görə kefinizi pozmaya biləcəksiniz.

7. Necə görünürsə, elədir

Əksər hallarda ilkin olaraq yürüdülən mühakimə yalnış olur. Bu real həyat hadisələrinə və neçə illərdir tanıdığımız insanlara da aiddir. Bəzən bir neçə ilə keçdikdən sonra bir insanı necə yalnış tanıdığınızın şahidi olursunuz.

Bu səbəbdən də, kimisə qiymətləndirərkən və haqqında mühakimə yürüdərkən tələsməyin.

8. Yenidən başlamaq uduzmağa bərabərdir

Bir dəfə uğursuzluqla üzləşsəniz, bəxtiniz gətirəcək deyə bunu elə həmin üsulla yenidən başlamağa cəhd etməyin. Əgər üsul və vasitələri dəyişməmisinizsə, heç bir səhvi düzəltməmisinizsə hər şey eyni olacaq. İşə yenidən və yeni planlarla başlamaq daha məqsədəuyğundur.

9. Çox gecdir. Şansımı əldən verdim

Təəssüf etmək, təslim olanlara xasdır. Bütün həyat bilik və mübarizə əsasında gedir və nə qədər ki, sağsınız heç nəyə gec deyil. Xoşbəxt olmaq şansı hər an yanınızdadır. Bundan yararlanmaq üçün keçmişdən ayrılıb gələcəyə baxmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər