13 C
Baku
Saturday, November 23, 2024

Ünvanlı sosial yardım alanların nəzərinə: Azərbaycanda sosial yardımlar artırılır

“Ehtiyac meyarı və yaşayış minimumu ünvanlı sosial yardımın hesablanmasında istifadə olunan indikatorlardır. Ehtiyac meyarı və yaşayış minimumunda artım növbəti ildə ünvanlı sosial yardım ödənişinin də 30% artımına şərait yaradacaq və orta hesabla bir ailəyə düşən ünvanlı sosial yardım 500 manatın üzərində olacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bu, cari ildə olan ümumi inflyasiyasının, həm də ərzaq inflyasiyasının qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, gələn ildən yaşayış minimumu və ehtiyac meyarı 246 manat məbləğində müəyyən ediləcək. Bu rəqəm cari ildə 200 manatdır.

Son xəbərlər
Digər xəbərlər