Sentyabrın 25-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, sentyabrın 24-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Respublika üzrə pensiyaları isə sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılıb.