Cari ilin ilk yarımilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ayrı-ayrı ildönümlərlə əlaqədar və sosial-məişət problemlərinin həllinə köməklik məqsədilə ümumilikdə 1200 nəfər əlilliyi olan şəxs və 115 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin olunub.
Hazırda ölkəmizdə ünvanlı sosial yardım proqramına başlanıldığı ildən hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 44,28 manat təşkil edirdi. İndi isə bu məbləğ ötən müddətdə 3 dəfədən də çox artaraq hazırda 133,06 manat təşkil edir.
Belə ki, 2006 –cı ildən yaranan sosial yardımın orta aylıq məbləği bu illər arzində 3 dəfə artıb.
ƏƏSMN-nin müvafiq Komissiyası tərəfindən sosial müdafiəyə daha çox ehtiyacı olan 217 nəfər əlilliyi olan şəxsin müraciətinə baxılıb və onlara ümumilikdə 38 930 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu göstəricilər ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 2.93 dəfə və 5.91 dəfə çoxdur. Əlilliyi olan şəxslərdən ölkə daxilində müalicəsinə maddi köməklik göstərilənlərin sayı 11 nəfər, respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilənlərin sayı isə 15 nəfər təşkil edib.