ABŞ-nin Kiçik kapitalizasiyalı (small-cap) 2000 şirkətin səhmlərindəki performansı izlyən “Russell 2000” indeksi iyulun sonundan etibarən təxminən 10% artıb.
Bankr.az (İnvestisiya) Bloomberg-ə istinadən xəbər verir ki, bu ABŞ-də 500 ən iri şirkətin səhmlərini ölçən “S&P 500” indeksindən iki dəfə çox.
Analitiklər gələn il daha 20% artım proqnozlaşdırır, “böyük” indeks – S&P 500-də isə bu rəqəm 11%-dir.
Optimist gözləntilər Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyinə ümidlə bağlıdır. Bu, borclanmanı ucuzlaşdıracaq və kiçik şirkətlərin mənfəətliliyini dəstəkləyəcək. İndeksdəki şirkətlərin 60%-dən çoxu ikinci rübdə mənfəət proqnozlarını üstələyib.
“Goldman Sachs”, “US Bank” və “Manulife” strateqləri hesab edir ki, mənfəət artımı, aşağı qiymətləndirmə və FED-in yumşaq siyasəti ilə kombinasiyası rallinin davam etməsi üçün əlverişli şərait yarada bilər. “Bank of America” ekspertlərinin sözlərinə görə, kiçik şirkət səhmələri artıq ucuz görünməsə də, “blue chip” səhmələrə nisbətən hələ də qiymətləndirilmiş hesab edilir
Opsionlar və investisiya axınları da bu seqmentə artan marağı göstərir. B.Britaniya bankı “Barclays” analitikləri güclü mənfəət dinamizmi səbəbindən kiçik və texnologiya şirkətlərinə diqqət yetirməyi tövsiyə edirlər.