13 C
Baku
Saturday, April 27, 2024

Uol-Stritli Küpəgirən qarı

Statistikaya əsasən varlılar elə ən xəsis insanlardır. Məsələn ABŞ-da hər dörd milyonerdən biri ayaqqabını 100 dollardan ucuz almağa öyrəşib. Kostyumlara gəldikdə isə hər on var dövlət sahibindən biri cəmi 200 dollara özünə münasib geyim almaq ilə kifayətlənir.

Onların yarısı demək olar ki, prinsip etibarı ilə 250 dollardan baha saat taxmır və yalnız üç milyonerdən biri üç ildən az yaşı olan avtomobil idarə edir.  Sizə elə gələ bilər ki, bu varlı insanların sadəcə xırdaca şıltaqlıqlarıdır, lakin bəzən vəziyyət çox gərgin bir səviyyəyə çatır.

Hörmətli oxucu, təxəyyülünü bir az işə sal! Təsəvvür et ki, sən əsrin əvvəllərində Nyu-York şəhərinin sakinisən və bir az aşağı Manxetten boyu gəzdikdən sonra, ölkənin ən böyük Milli Banklarından birinin darvazaları qarşısında dayanırsan.  Siz bu əsrarəngiz qapılardan biri açıb, gözəl bir vestibülə daxil olardınız, sözsüz ki, istər-istəməz orda ayaq saxlamalı olacaqdınız, çünki qarşınızda gözlənilməz bir mənzərə canlanardı.  Əynində qara, uzun bir libas olan qadın bank kassasının qabağındakı masa arxasında əyləşmişdi, görünüşündən hiss olunurdu ki, sanki o bu libası uzun illər ərzində geyinmişdi və bu çox xoşa gəlməz təsir bağışlayırdı. Lakin bank işçiləri ilə çox qısa müddətli bir təmasdan sonra banknotlar mübadiləsi həyat keçirilirdi. Bu sövdələşmə heç bir yazılar ilə müşayiət olunmurdu. Nağd pulların saxlandığı yer isə heç də küncə qoyulmuş gecə dolabları deyildi, qadın bundan ötrü dar yupkanın aşağı hissəsinə tikilmiş dar və dərin ciblərdən istifadə edirdi. Qadın stolunun arxa hissəsinə söykənərək öz ciblərində eşələnirdi. Qenrietta Qrinin kifayət qədər sanballı pul məbləğindən savayı bu gizli seyflərində biri iki qəribə əşya da saxlanılırdı: məsələn qablaşdırılmamış sendviç və revolver.  Ömrünün sonuna yaxın Amerikanın, bəlkə də bütünlüklə qərb yarım kürəsinin ən varlı qadın, Qenrietta Qrin məhz belə görünürdü.

Qettinin 1835-ci ildə dünyaya göz açdığı ailə (onun ailədəki adı praktiki olaraq rəsmi adının əvəzinə istifadə olunacaq) həmin dövrdə Yeni İngiltərə ştatlarında kifayət qədər yayılmış protestant kvakerlər (İngiltərədə və ABŞ-da kilsə mərasimlərini inkar edən xristian dini təriqətinin üzvü) qrupuna mənsub idi. Kvaker adı ingiliscə «quake» sözündən götürülüb, mənası əsmək, titrəmək deməkdi: qrupun yaradıcıları ibadət evlərində elə güclü hisslər təlqin edirdilər ki, insanlar dini ekstaza düşür və əsməyə başlayırdı. Kvakerlərin dini moizələrinin əsasında isə -özünü məhdudlaşdırma, yemək və geyimdə isə aza qane olma dururdu. Qettinin anası Ebbi Houlund və atası Edvard Robinson bu prinsiplərə ciddi şəkildə riayət edirdi. Təvazökarlıq və gözütoxluq öz yerində, lakin Allah onlara işgüzarlığı da qadağan etməmişdi. İlk Houlend ailəsi Amerika sahillərinə  məşhur «Meyflauer» də gəlmişdir.

Ilk məskən sahiblərinin balaca fermasının baba Qideonun və kürəkən, həmçinin də eyni zamanda onun şəriki olan Edvardın əlində kit (balina) öldürən gəmi flotuna çevrilməsi üçün üç nəsil kişilərin enerjisi tələb olunmuşdu. Bu flot Massaçusets ştatının Nyu-Belford dəniz şəhərinin ən qurur verici özəlliklərindən birinə çevrilmişdi. Balaca Qettinin sevimli məşğuliyyəti heç də gəlinciklər və rəngli şəkilli kitablar deyildi.

O həmişə, limanda öz gəmilərinə və ticarət anbarlarına baş çəkən babasının yanında olurdu. O zaman bu anbarlarda həmin dövr üçün çox qiymətli hesab olunan kit piyi saxlanılırdı. Onun hələ uşaq qəlbi təkcə dənizin romantik ahəngini və yelkənlərin incə xışıltısını duymurdu. Onun qulağı həm də, yük daşıyanların ağır söyüşlərini, matrosların çirkin zarafatlarını, takelaj fabrikinin işçilərinin ağır leksikasını da eşitməli olur və bu onun yaddaşında həmişəlik həkk olunurdu. Kim bilir, bəlkə də gələcək milyonerin şok edici lüğət tərkibinin təməli məhz Bedford tərsanələrində qoyulmuşdu.  Qoca Qideonun gözləri zəifləyəndə, yeddi yaşlı Qetti onun dizləri üstünə çıxır, təkrar olunmaz bir həvəslə babası üçün qəzetlərdə verilmiş maliyyə xəbərlərinin icmalları oxuyur, səhmlər və istiqrazlar arasındakı fərqdən, həmçinin bazar qiymələrinin tərəddüdündən kifayət qədər yaxşı baş çıxarırdı.

Zəngin ailə kompaniyasının sahibkarı olan babasının vəfatından sonra, onun həyatında ilk dəfə müqəddəs bir iz qoyan miras sözü peyda oldu və bu söz onun həyat yolunda daima birlikdə addımlayan bir həmyoldaşa çevrildi. Kvaker sayağı, sadə dəfn etmə mərasimindən sonra, bütün yaxınlar rəhmətliyin öz demək olar ki, bir milyonluq varidatını taleyini necə həll etməsinə qulaq asmağa yığışdı. On ikiyaşlı Qetti atası, anası və ömrü boyu əlil arabasından ayrıla bilməyən şikəst xalası Silvianın yanında dayanmışdı. O gözləyirdi. Daha bir dəqiqədən sonra o, vəfalı nəvə birinci kapitalın sahibəsinə çevriləcəkdi.

Təəssüf ki, otağın sükutunda onun adından başqa, hamının adı səsləndi. Babası hər iki qızına, kürəkəninə və hətta adları Qettiyə yaxşı tanış olmayan qohumlara da miras payı qoymuşdu. Qetti bu maliyyə uğursuzluğu üstündə həmin gecə çox göz yaşı tökdü. Bu onun son göz yaşları idi, bundan sonra onun heç vaxt maliyyə uğursuzluğu olmayacaqdı.

 Onun formal təhsili Keyp Kodda kvakerlər üçün olan ciddi dini məktəb və imtiyazlı ailələrin uşaqları üçün Boston kolleclərinin birində bir neçə illik dərs ilə məhdudlaşırdı.  Həyatda onun ən əsas müəllimi yenə də atası idi, o biznesmen nümunəsi idi. Baxmayaraq ki, onun tiran xarakteri Ebbi və qızının bacısı evinə köçməsi ilə nəticələnmişdi, Qetti həmişə Silvia xalanın onun atasının arxasınca etdiyi gileyləri qulaq ardına verir və “quyruq” kimi atasını arxasınca gəzməkdən əl çəkmirdi. Illər ötdükcə bu “quyruqcuq” gözəgəlimli bir qıza çevrildi və ən varlı bedfordlu gəlin hesab olunmağa başladı.  Elə başlanğıcdan ona elçi düşənlərin sayı az deyildi və getdikcə bu siyahı daha da artırdı.  Onlar Qetti Robinsonun adi, baxışlarından belə vahimələrnidilər, çünki onlara baxanda Qetti yalnız var-dövlət hərislərini görürdü (bu heç də əsassız deyildi), o ki qaldı onun dəfələrlə yuyulmuş, yetim paltarına oxşayan, kasıb libası, dabanları yeyilmiş köhnə başmaqları və topuğuna sarı çəkilmiş tay-dəyişik corabları.

Ona elçi düşmək istəyən namizədləri bir az da onun son dərəcə qənaətcilliyi haqqında gəzən söhbətlər geri çəkindirirdi. Qettinin evində olan tək-tük qonaq qəbulları şəhər qeybətlərinin əsl müzakirə obyektinə çevrilirdi. Deyirdilər ki, o kaşalot spermasetindən  (çox bahalı firma məhsulu) hazırlanmış mum bayram şamlarının hətta axırıncı qonaq getməmişdən əvvəl söndürür və növbəti gün onların tam yanmamış qalıqlarını satırdı. Əgər üstlərində aşkar ləkələr olmasa idi, Qetti istifadə olunmuş stol-üstü salfetləri suda isladır, sonra ütü ilə onları əvvəlki hamar vəziyyətinə qaytarır və yenidən istifadəyə buraxırdı. Bir dəfə atası ona cəmiyyətə ilk addımlarını atmaq üçün qışda Nyu-Yorka getməyə icazə verdi, onu  yerli bir qohumunun evinə yola salıb, cibinə min dollar da pul qoydu ki, özünə ədəb-ərkanlı bir paltar alsın.  Çox keçmədən qız evinə elə getdiyi paltarda da geri qayıtdı.  Atasını sualına cavabda isə o sevinclə dedi: «Mən pulları ban səhmlərinə qoydum».  Qetti onun üçün hədsiz dəyərli olan zərfi öz sinəsinə sıxmışdı.

Bu zaman ərzində isə kit (balina) ovundan gələn gəlirlərin pik nöqtəsi artıq geridə qalmışdı. Rusiyadan və Rumıniyadan gələn neft məhsulları bazarı öz ağuşuna almışdı, onların ardınca isə evlərdə şam əvəzinə kerosin lampaları yanırdı.  Artıq Edvard Robinsonu Bedfordda saxlayacaq qüvvə qalmamışdı. 1860-ci ildə isə onun, heç vaxt sağlamlığı ilə xüsusisi seçilməyən arvadı əlli yaşında ölür. O öz bir milyon dollarlıq var-dövləti ilə bu sərvəti daha da  genişləndirmək məqsədi ilə Nyu-Yorka köçür (xahiş edirik ki, nəzərə alasınız həmin vaxt dollar indikində 20 dəfə daha dəyərli idi -re).
Qetti də istənilən bir anda ikinci dəfə evlilik həyatında daxil olmağa hazır olan atasının yanında idi. O arada bir Silvia xalaya da baş çəkməyi unutmurdu, məqsəd isə sönməkdə olan qoca qarıya sədaqətli bacı qızının varlığını xatırlatmaq idi. Bir neçə il sonra o atasının evində işgüzar bir görüşə gəlmiş, çox da cavan olmayan hündür bir centlmen ilə rastlaşır. Onun adı Edvard Qrin idi.

Onun çiyinləri arxasında qeyri adi və macəralar ilə dolu yaşanmış bir həyat var idi. O, əslən zəngin bir Vermont ailəsindən idi, onun əcdadları İngiltərədən köçüb gələnlərin ilk dalğasına gedib çıxırdı. Amerikan Qrinlərin nəslində çoxlu konqresmenlər və hakimlər var idi, Edvardın doğma əmisi isə Bostonun meri idi. Çin dili də daxil olmaqla bir neçə dildə danışa bilən Edvard özü isə demək olar ki, dünyanın yarısını dolanmışdı. On səkkiz yaşlarında o Filippində qalmış, burda ipək, çay, tütün hə həşiş ticarətində az pul qazanmamışdı. Onunla tanışlıq Qetti üçün heç də asan bir vaxtlara təsadüf etməmişdi. 1865-ci ilin iyununda Qettinin atası qızını öz milyonlarının yeganə varisi edərək vəfat edir.  Onun atasının itkisindən əziyyət çəkən ruhu maliyyə komfortundan təsəlli tapmağa macal tapmamış, yəni atasının vəfatından cəmi bir ay sonra xalasının ölümü haqqında xəbər gəlir.

Silvianın dəfnində Qettinin yanında Edvard Qrin dayanır və ona dəstək olurdu.  Bu dəstək vəsiyyətnamənin oxunması zamanı da çox yerinə düşən idi, çünki əks təqdirdə vəsiyyətnamədə yazılanları eşidən Qetti az qala ağlını itirəcəkdi. Bütün bu son illər ərzində o həmişə düşünürdü ki, xalasının bütün varidatı olmasa da, əz azından onun böyük bir hissəsi məhz ona, Houlendlərdən yeganə sağ qalan insana miras kimi çatacaq. Öz adının yanında “yaradılmış kommersiya fondunda gələn illik gəlir qismində 65 min dollar” ifadəsini eşidəndə onun yaşadığı şoku təsəvvür edin. Bütün qalan miras kapitalı isə, xırda-xırda hissələrə bölünərək, heç bir qarşılığı olmadan  hədiyyə şəklində üçüncü dərəcəli əhəmiyyətli qohumlara, şəhərin dul qadınlarına, yetimlərə və sadəcə tanışlara paylanırdı. Zərbə sarsıdıcı olsa da, yıxıcı olmadı. Bir neçə il sonra Qetti dünya vəsiyyətnamə məhkəmələri tarixində ən böyük və səs-küylü miras davasını açmış oldu.

O sübut qismində öz əlləri ilə yazılmış, yalnız sonunda onun xalası Silvianın imzası olan (Qettinin iddiasına görə) vəsiyyətnaməni təqdim edirdi. Sözsüz ki, bu vəsiyyətnaməyə əsasən xalanın bütün əmlakı və var dövləti heç bir istisna olmadan bacı qızına vəsiyyət edilirdi, həm də ayrıca bir maddədə bildirilirdi ki, əsas mirasçının iradəsi xaricində heç bir dəyişiklik yol verilməzdir.  Prosesdə hər iki tərəfi çox görkəmli vəkillər təmsil edirdi, həmçinin prosesə məşhur qrafoloqlar da cəlb olunmuşdu ki, sözü gedən mübahisəli sənəddəki imzanın əsl olduğunu təsdiq etsinlər.
1867-ci ildə məhkəmə çəkişməsinin ən qaynar mərhələsində 32 yaşlı Qenrietta Robinson və 44 yaşlı Edvard Qrin evlənirlər.  Adəti üzrə onların kəbinini kəsən və ənənəvi qaydada xeyir-dua verən keşişin heç ağlına gəlməzdi ki, gəlinin toy çantasının içində nikah müqaviləsi var və bu müqaviləyə əsasən bəy heç vaxt gəlinin heç bir mülkünə (əmlakına) iddia irəli sürməyəcəyinə boyun olur. Tezliklə isə yeni evlənənlər səkkiz illiyə Amerikanı tərk edərək, Londona üz tutur və bir neçə vəkili prosesi davam etdirmək üçün burada qoyurlar.

Bu səfərin və nikahın ardınca məhkəmə ekspertlərinin vəsiyyətçinin imzasının saxta olması haqqında ilkin nəticəsi çıxdı. Bu imza inanılmaz dərəcədə oxşadılmış və çox mükəmməlcəsinə saxtalaşdırılmışdı, o qədər mükəmməl ki, hətta imzanın hər bir hərfinin yazılma forması nəzarət nümunəsinin (yəni vəsiyyətçinin öz imzasının) yazılışı ilə üst-üstə düşürdü.

Havadan sübutların saxtalaşdırılması və məhkəməyə yalançı ifadə verməyə görə axtarış elan edilməsi iyi gəlməyə başladı. Mirasın çoxsaylı alıcıları toyu və bu səfəri düşünülmüş qaçış hərəkəti kimi qiymətləndirdilər. Ola bilsin ki, doğrudan da belə idi, lakin proses hələ bir neçə il də davam etdi və yalnız 1871-ci il ildə o tamamı ilə yekunlaşdı. Qəbul edilmiş qərara əsasən iddiaçıya, vəsiyyətnaməyə əsasən yaradılmışfondun gəlirdən verilməsi nəzərdə tutulmuş 660 min dolların ödənilməsi qadağan edildi. Həmçinin Qettinin qaldırdığı iddianın təmin edilməsindən də imtina edildi, çünki  neçə il ərzində məhkəmədən qaçırdı.

Prosesin uğurzuzluqla nəticələnməsi xəbəri Londonda məskən salmış Qrinlərə elə vaxtda gəlib çıxdı ki, onların burdakı işləri çox yaxşı gedirdi. Bütün xərclər ərinin hesabından ödəndiyi üçün Qetti ailənin qalmasın üçün ən bahalı və dəbdəbəli otelin seçilməsinə də heç bir etiraz etmədi. Hətta Mark Tven və milyarder Endryu Karnegi də bu oteldə qalırdı. Onların iki uşağı da məhz burda doğulmuşdu, birinci övlad Ned və sonra düşmənlərə öz qohumluq əlaqələrinə olan hörmətini göstərmək məqsədi ilə Silvia adlandırılmış qız, guya ki, yazıq xalasının ölümü onu ruhən incitmişdi. Körpələrin qeydinə qalan Qetti dünyəvi həzləri də unutmurdu : amerikan “göyləri” ilə İngiltərə funt sterlinqinin qiymətləri fərqi arasında yüngülcə tərəddüdlər, Qettinin onsuz da ağır olan “pul kisəsini”  nəzərə çarpacaq qədər doldururdu. London mərhələsi onun kəşməkəşli həyatının ən məhsuldar və xoş bir dövrü olmuşdur. 1875-ci ildə Qrin dördlüyü Nyu-Yorka qayıdır. Bunun bir neçə səbəbi var idi: iki il bundan öncə dünya paytaxtlarının birjalarında baş qaldırmış nəhəng maliyyə panikası; məhkəməyə yalançı məlumat verməyə görə açılmış işlərinin hüquqi müddətinin bitməsi barədə vəkillərin verdiyi məlumat; əlbəttə ki, heç də son sırada olmayan bir səbəb onların öz vətənlərindən sarı darıxmasıdır- nostalgiya. Ailə bu dəfə Nyu-Yorkda məskən salır, bu dəfə isə şəhərin ən kasıb otelinin, ən kasıb nömrəsini tutur. Xanımından daha riskli maliyyə oyunçusu olan Edvard, çox tələskənlik ilə öz kapitalını bir sıra kompaniyaların səhmlərinə yatırmağa başlayır və ilkin vaxtlarda  onun bu işdə bəxti gətirir.

Cəmi on il keçdikdən sonra, bir neçə düşünülməmiş addımın nəticəsi kimi, bir vaxtlar çox uğurlu hesab olunan, uzaq qərbli bu iş adamı  özünü bankrot elan edir. Qettinin imkanı onun borclarını ödəməyə yetərdimi? Əlbəttə ki, hə. Amma o, bundan ötrü heç barmağının ucunu belə tərpətmir. Axı o hələ kilsə mərasimindən öncə bu haqda razılığa gəlmişdi: «pullarımızı ayrı saxlayırıq», elə deyilmi?

Onun adı belə artıq Uol-Stritdən ayrı çəkilmirdi. Fond birjalarının brokerləri onun koloritli əndamını gözdən buraxmırdılar, onlar bilirdilər ki, bu gün Qenrietta Qrin tərəfindən alınmış səhmlərin, sabah mütləq qiyməti qalxacaq. O hər hansı bir səhmi almaqdan öncə, onun indiyə qədər ki fəaliyyətinin altını-üstünü bütünlüklə, xırdalıqları ilə araşdırır və firma haqqında ən azından onun sahibkarları qədər məlumatlı olduqdan sonra o səhmi alıb-almamaq haqqında qərar verirdi. Uzun müddət ərzində onun əsas iki marağı olub: yüksək sürətlə böyüyən dəmir yolları şəbəkəsi və şəhərdəki daşınmaz əmlaklar. Bu alqıların coğrafiyası bütün ölkəni əhatə edirdi: onun ölkədə torpaq almadığı yer yox idi: Nyu-York, Kanzas, San-Fransisko… Onun ölümündən sonra üzə çıxacaqdı ki, Xanım Qrin ölkənin onlarla ştatında  80 mindən çox torpaq sahəsinə və onların üstündə tikilmiş evlərə malikdir.

Daha bir vəhşi ehtiras da mövcud idi ki, bunun da reallaşmasında Qetti çox mahir bir ustalığa nail olmuşdur –söhbət sələmçilikdən gedir. Balzak Fransasının Qobsek və ya Dostayevskinin Peterburqlu qoca sələmçi qarıları kimi bədii qəhrəmanlar Qettinin əlinə su tökməyə belə yaramazdı. Okeanın o tayında həyat sürdürən onların canlı və diri balaca “həmkarı”  onlara bu işdə yüksək ustalıq dərsi keçə bilərdi. Onun metodu çox sarsılmaz və özünə görə ədalətli idi: heç vaxt borcalanları yüksək faiz qaytarmaları ilə qorxutmamaq, hətta ən çətin birja böhranları zamanında da. Onda bu uzaq görən və öz xeyrini güdən kreditor həmişə işdən uduşla çıxacaq. Intervülərin birində o, öz maliyyə əqidəsini lakonik şəkildə bu formada ifadə edir: « həmişə ucuz almaq, baha satmaq və bu qaydasını üç sadə nüansla uzlaşdırmaq lazımdır:  gözüaçıqlılıq, inadkarlıq və qənaətcillik». Ilk ikisi tam həqiqət olsa da, Qetti “qənaətcillik adı ilə özünün əfsanəyə çevrilmiş xəsisliyini ört-basdır edirdi. Məhz bu xüsusiyyəti sayəsində o təkcə maliyyə xəbərlərinin deyil, həm də qalmaqallar xronikasının  baş qəhrəmanına çevrilmişdi.

Yüzlərlə evi olan Qettinin, demək olar ki, özünün şəxsi evi olmayıb, o həmişə üçüncü dərəcəli mehmanxanalarda qalmağı üstün tutub, sonralar isə balaca, hətta bahalı isti suyu olmayan mənzillərə köç edib. Bu milyonçu qadını ekstravaqant (qeyri adi) məşğuliyyətlərini də görən olub. Məsələn bu qdin paltarları öz hamamının çəlləyində yuyurmuş, sonra isə yaş əşyaları bağlayaraq, onları pəncərədən həyətə atırmış. Sonra isə pilləkənlə düşərək, yaş ağları otun üstünə sərirmiş ki, havada qurusun.  O hansı isə camaşırçını işə götürəndə isə, təkid edirdi ki, donu bütünlüklə deyil, təkcə döşəməyə və ya səkiyə toxunan  ətək hissəsini yusun. Öz sevimli devizinə “qəpiyə qənaət etmək-elə onu qazanmaq deməkdir” həyatda da əməl etdiyini sübut etmək, o uşaqları həmişə bazara alış-veriş üçün gedəndə özü ilə birlikdə götürdü və demək olar ki, uşaqlar onun bu əməlindən dəhşətli xəcalət hissi keçirirdilər. Üzdə gülsələr də, ona həm satıcılar, həm də digər alıcılar nifrət edirdi. Qetti qiyməti salmaqdan ötrü yorulmadan bazarlıq edə bilər, dünəndə qalma çörəyin axtarışında, hələ həmin vaxtlar individual paketlər ilə mühafizə olunmayan məhsulları əli ilə yoxlayırdı.

O, qəzetlərdəki birja xəbərlərini oxuyandan sonra oğlunu göndərirdi ki, həmin qəzetləri yenidən satsın. Bu baş tutmayanda isə o qəzetlər üçün başqa istifadə üsulu tapırdı. Qış vaxtı həmin qəzetlər kəsilərək, həyət paltarlarının iş hissəsinə tikilirdi ki, bununla o isti və növbəti mövsüm üçün real iqtisadiyyat illüziyası yaratmaq istəyirdi. Aptekdəki əczaçı ona bildirəndə ki, dərman özü beş sent və onun qabı da beş sent edir, onda Qetti heç düşünmədən geri qayıdır və evdən özü ilə birlikdə dərman üçün qab gətirirdi. O xüsusi ilə iki tip peşə sahiblərinə qarşı möhkəm xoşagəlməzlik hissləri duyurdu: bunlardan biri həkimlər, digərləri isə vergi müfəttişləri idi. O əlindən gələni edirdi ki, birinci ilə ünsiyyəti minimuma endirsin, ikincilər ilə isə ümumiyyətlə qarşılaşmasın.

Bir dəfə onun bu simicliyi səbəbindən böyük bir bədbəxtlik üz verir ki, bu da onun oğlunun həyatını məhv edir. Nyu-York üçün çox nadir hesab olunan qarlı qış günlərindən birində on bir yaşlı Nedə balaca qar kirşəsi alınır. Adətən komplekslər içində sıxılan bu oğlan xoşbəxtlikdən özünü itirir, təpədən külək kimi üzü aşağı sürüşməyə başlayır, birdə kirşə çevrilir və bu yıxılma uşağın ayağının möhkəm zədələnməsi ilə nəticələnir. Evdəki paltarlarının ən pis gündə olanı əyninə geyinən Qetti və oğlu həkim axtarışına çıxırlar. O fikirləşirdi ki, yoxsul görkəmi ilə nifrət doğuran soyğunçu-həkimlərin ürəyini yumşaldacaq və ona bu müalicəni pulsuz edəcəklər. Lakin sən saydığını say, görək fələk nə sayır-deyiblər. Bu zaman mətbuatda öz işindən qalmır, həm də Qetti kifayət qədər populyar olduğu üçn onu tanıyırlar və həkimlərdən heç bir xeyriyyəçi olmaq istəmir. Onda Qetti belə qənaətə gəlir ki, uşağı elə ev şəraitində də sağaltmaq olar. Ağrı isə illər ötdükcə daha da şiddətli olur. Nəzərətdən çıxmış xəstəlik nəticəsində gənc oğlanın ayağını dizdən yuxarı amputasiya edirlər. O bir bədheybət-ana idi?-deyə soruşa bilərsiniz. Zənnimcə yox, sadəcə Qetti Qrin dəhşətli dərəcədə xəsis idi.

80-ci illərin əvvəllərində onun ailəsi faktiki olaraq dağılır. 1902-ci ildə Edvardın təmiz pulsuzluq içindəki ölümünə qədər, ər-arvad ayrı yaşamış, onları bir yerdə heç kəs görməmişdi, bəzi Nyu-Yorklular hətta hesab edirdilər ki, Qetti çoxdan dul qalıb.

Yaxın 20 il ərzində evlənməcəyi barədə and içməyə məcbur edilmiş Ned isə, onun tərəfindən əvvəlcə Çikaqo, daha sonra isə Texasa, yəni onun maliyyə maraqlarının əsas mərkəzlərinə yönəldilmişdi. Gündə ona bir-neçə dollarlıq məvacib təyin etmiş ana (onun öz gəlirləri isə ildə 5 milyon dollar idi) oğlundan bitməz bilməyən bir aktivlik və məsuliyyətlilik tələb edirdi, yəni Ned istənilən bir vaxt, istənilən bir işə görə ona hesab verməyə məcbur idi. Əlil çəlikləri və onu protez ayağı isə bu işdə nəzərə alınmırdı. Qetti özü isə bir kəlmə də olsun kəsməyən, gözlərdən çəp və yöndəmsiz qızı Silvia ilə yaşayırdı. Onun yöndəmsizliyi heç də utancaqlıq ilə deyil, anadan gəlmə ayaq pəncəsində olan qüsur ilə bağlı idi. Lakin qardaşının başına gələn hadisədən sonra Silvia tibbin köməyi haqqında fikirləşməyə belə cürət etmirdi. O, lal-dinməz şəkildə, Vergi İdarəsinin nəzarətindən yayınmaq istəyi ilə bir mənzildən-o biri mənzilə köçən, lakin bütün cəhdləri uğursuz qalan anasını izləməli olurdu. Həmin dövrdə ABŞ-da vergi qanunvariciliyi çox dolaşıq idi, həmçinin müxtəlif ştatların qanunvericilikləri arasında mövcud olan fərqlər bu ziddiyyətləri daha da artırırdı. Bəs milyonçu qadın bu qarışıqlıqdan necə yararlanmaya bilərdi, axı öz var-dövlətindən cüzi bir şeyi belə hökumətə “elə-belə” vermək fikrinin özü belə onun üçün ağlasığmaz idi, o bu haqda heç düşünmək istəməzdi. Bir sözlə o, bütün həyatı boyu bir dənə də olsun xeyriyyəçilik əməli olmayıb. Nyu-Yorkda vergilərin bütün ölkə üzrə ən yüksək olmasını görə, sonda o yaşamaq üçün Nyu-Cersi yaxınlığında balaca Xoboken rayonunu seçir.  1913-cü ildə Konqres tərəfindən qəbul edilmiş, gəlirdən vergi tutulması barədə qəbul olunan vahid və sərt qayda tətbiq edən Konstitusiyaya 16-cı Düzəliş onun üçün ağır bir sürpriz oldu.

Kapitoli günbəzinin altında parlamentərilər tərəfindən bu düzəliş müzakirələrinin gedişində qanunun natamamlığından istifadə edərək, xəsiscəsinə vergidən yayınan insanların nümunəsi qismində Missis Qrinin adı dəfələrlə hallanmışdı. Qoca Qetti daima həyatına qəsd ediləciyindən qorxur, bəzən qohumlarının evinə belə öz yeməyini özü və ya yumurta qaynatmaq üçün öz spirt plitəsini özü ilə gəzdirirdi. O silah gəzdirməyə lisenziya aldıqdan sonra isə, heç vaxt öz silahından ayrılmırdı. Onun səhərləri isə gizli ciblərində olan pulları yoxlamaq, sonra isə bir az  yulaf horrası yemək və revolverini götürərək Hudzondan keçməklə sahilə getmək ilə başlayırdı. Limandan isə o piyada Milli Banka gedirdi, əziz oxucu siz də məqalənin əvvəlində onunla məhz burda rastlaşdınız. Şəhər nəqliyyatdan isə o, istifadə etməməyi daha üstün tuturdu. Yeni çıxan avtomobilləri, həmçinin digər təmtəraq, dəbdəbəli əşyalardan istifadə tam rədd edərək deyirdi:  «İsa Məsihiyə bir yerdən digərinə getmək üçün uzunqulaq da kifayət edirdi».

Məhz bir səhər «xidmətinə» gələndə fotoaparatın obyektivi onun qəribə simasını tuta bilmişdir: qara boğunuq plaş, iki qat duvaqlı şlyapa, qəddar qarı sifəti və heç də qocalara xas olmayan çox kəskin yerişi.  Ya onun bu itələyici görünüşü, ya onun keçmiş, qeyri adi və təkrar hərəkətləri haqqında yayılan şayiələr onun qəzetlərdə çıxan belə bir ləqəbini yaranmasına səbəb oldu. «Uol-Stritin küpəgirən qarısı». Lakin hadisələri başqa cür gedişində, zahiri əlamətləri və davranışları dəyişməklə o tamamı ilə «kraliça» da adlana bilərdi.

Hər gün günorta Qetti stoldan qalxaraq, qonşuluqda yerləşən tanış brokerin ofisinə gedərdi. Səhərlər batareya qazancasının üstündə onun yulaf aşı məhz burda qızdırılırdı, onun öz sözləri ildə desək məhz “bu horra ona Uol-Strit canavarları ilə mübarizə aparmağa qüvvət verirdi”.  Düzdür, onun qüvvəsi artıq tükənmək üzrə idi. Burda isə tamamilə vaxtsız-vədəsiz şəkildə onun artıq yaşı ötmüş qızı Silvia ərə gedir. Onun əri məşhur Astor varlılarının nəslindən olan, lakin çoxda zəngin olmayan aristokrat Metyu Astor Uilks olur.

Yeni evlənənlər arasındakı yaş fərqi təxminən 30-a yaxın olur və demək olar ki, öz kürəkəni ilə həm yaşıd olan qaynana onu gözdən uzaq olarkən belə çağırır «qoca padaqralı». Yenə də Qetti qırx il öncə öz toy mərasimində olduğu kimi, əlindəki çantasında təzə bir sənəd tutmuş olur. Bu dəfə isə gəlinin var-dövlətində tamamı ilə imtina bərəsində nikah müqaviləsi  Astor Uilks tərəfindən imzalanmış olur.

Yeddi il sonra, 1916-ci ildə Qetti ürək tutmasından ölür. Bu zaman onun 81 yaşı var idi. Onun hər iki uşağına inanılmaz, baş gicəlləndirici bir məbləğ miras qalır –yüz milyon dollar (bugünkü pullar ilə 2 milyarddan daha çox –red.). Ana təzyiqindən təzə qurtulmuş Ned öz var-dövlətini çox tez göyə sovurur. Övladı olmayan Silvia isə özünü  səxavətlə xeyriyyəçilik fəaliyyətinə həsr edir, o bir növ adını daşıdığı öz anasının xalası olan, o əyalətli qadının yolu ilə gedir, onun mərhəmətli ürəyini unutmur.

Qinessin dərc olunmuş bütün rekordlar kitabında, «zənginlik» bölməsində  bu gündə Qenrietta Qrinin fotoşəklinə rast gəlmək olar. Şəklin altına isə belə yazılmışdır: “dünyanın ən böyük xəsisi”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər