10 C
Baku
Thursday, December 12, 2024

Uoll-Strit iflası və ya “Qara cümə axşamı”

1929-cu ildəki Birja iflası – səhm qiymətlərinin kütləvi aşağı düşməsi ilə başladı, bu hadisə 24 oktyabr 1929-cu ildə baş verdi və tarixə “Qara cümə axşamı” adı ilə daxil oldu. Iflas növbəti günlərdə də “Qara bazar ertəsi” (28 oktyabr) və “Qara çərşənbə axşamında” (29 oktyabr) davam etdi. Bu birja iflası tarixdə həmçinin Uoll-Stritt iflası adı ilə daxil olub və Böyük depressiya illəri məhz bu məqamdan start götürür.

İflas üçün zəmin

İflasın yaranması üçün zəmin 1920-ci illərin ortalarında yaşanan spekulyativ bum olub, bu zaman Amerika investorları öz vəsaitlərini səhmlərə investisiya edirdi. Səhmlərə olan tələbin artması qiyməti daha da yüksəldirdi, bu isə səhmlər sayəsində varlanmaq istəyən yeni çoxsaylı sərmayədarları cəlb edirdi. Nəticədə isə iqtisadi köpük formalaşır. Həm də əksər sərmayədarlar səhmləri kreditə alırdı, onlar lazımı vəsaiti banklardan borc götürürdü.

İflas

1929-cu ilim 24 oktyabrında, Dou-Cons sənaye indeksi 381.17 həddində olanda köpük partladı və panika içində olan brokerlər səhmləri satmağa başladı. Səhmlər tamamı ilə qiymətdən düşməmiş onlardan qurtulmağa çalışan sərmayədarlar həmin gün ərzində 12,9 milyon qiymətli kağız satdılar.

Növbəti günlər ərzində isə daha 30 milyon səhm satılıb və qiymətlər milyonlarla sərmayədarı müflis edərək ildırım sürəti ilə aşağı endi. Ümumilikdə bir həftə birja panikası ərzində bazar 30 milyard dollar dəyərində məbləğ itirir –bu ABŞ hökumətinin Birinci Dünya Müharibəsi illərində yol verdiyi itkidən daha çox idi.

800px 1929 wall street crash graph ru.svg

Dou-Cons indeksi 1929—1930 -cu illər

Öz kreditləri ilə sərmayədarları əvvəlcə maliyyələşdirən banklar, indi öz borclarını qaytarmaq iqtidarında deyildi və onlar da özlərini bankrot elan etməli oldu. Milyonlarla insan öz yaşamlarını təmin etmək üçün lazım olan vəsaitləri birjada itirdiyi vaxtda, müəssisələr də kredit xətlərindən məhrum olur, bağlanır və işsizliyin artımına rəvac verirdi.

Fəsadlar

1929-cu ilin birja iflası onsuzda pis olan dünya iqtisadiyyatına daha da pis –dağıdıcı təsir göstərib və bu Böyük depressiya illərinin başlanğıcının ən tutarlı səbəb olub.

Birja iflasının ABŞ fond bazarı üçün nəticələrindən biri 1934-cü ildə requlyator orqanın –Qiymətli Kağızlar və Birjalar üzrə komitənin yaranması olub. Komissiya bu tip birja iflaslarının qarşısını almağa xidmət edən norma və qaydaların tərtib edilməsi məqsədi daşıyır. O cümlədən də:

  • Sövdələşməmin ödənməsi üçün kifayət qədər pul olmadığı hallarda səhm alınması qadağan edilir;
  • Fond birjalarının və brokerlərin məcburi qeydiyyatı tətbiq edilir;
  • Etibar əsasında sövdələrin həyata keçirilməsi qaydaları tətbiq edilir.
  • Komissiya, açıq bazarda səhm satışı həyata keçirmək istəyən kompaniyalardan özləri haqqında əhəmiyyətli dərəcədə informasiyanı açıqlamağı tələb edir

1929-cu il iflası maliyyə dünyası üçün yaxşı bir dərs rolunu oynayır və bundan sonra əksər fond birjalarında kotirovkaların həddindən artıq aşağı düşdüyü təqdirdə satışları dayandırmaq praktikasını tətbiq edilər. Bunun nəticəsində son birja iflası (1987ci il) əvvəlki illə müqayisədə nisbətən daha yüngül təsir bağışlayır.

Son xəbərlər
Digər xəbərlər